Moskva Tehranın hərəkətə keçməsini istəyir - ÖZƏL

Görünən odur ki, Avropa İttifaqının müşahidə missiyasının Ermənistana gəlməsi Rusiyanı da ciddi şəkildə narahat edib. Elə bu səbəbdəndir ki, Moskva Aİ-ni bölgədə gərginliyi artırmaqda günahlandırır. Elə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova da ötən gün dolayısıyla buna işarə etdi.

Parisdə qatarların hərəkəti dayandırılıb- ÖZƏL

"OLAYLAR"-ın xəbərinə görə, politoloq Elxan Şahinoğlu da deyir ki, Rusiya Avropa İttifaqının missiyasının Ermənistanda fəaliyyətə başlamasına sərt etiraz edir: "Bu missiyanın hərbi məqsədləri olduğunu vurğulayan rusiyalı rəsmilər və Kremlə yaxın ekspertlər iki faktoru önə çəkirlər. Birincisi, Brüssel Rusiyanı Ermənistanda sıxışdırmaq istəyir. İkincisi, Brüssel hərbi missiyası vasitəsilə Ermənistan üzərindən Rusiyanın və İranın hərb mərkəzləri barədə kəşfiyyat məlumatları toplamağa çalışır". 

Politoloq deyib ki, Rusiya bu qədər etiraz edərkən, İrandan səs çıxmır, qardaşı Ermənistana xəbərdarlıq etmir: "Bu Moskvanı narazı salır. Çünki Moskva Tehranın da hərəkətə keçməsini istəyir. Avropa İttifaqının hərbi missiyası Ermənistanda fəaliyyətini genişləndirdikdən sonra Tehran Moskvaya qoşulmaq məcburiyyətində qalacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31