Parisdə qatarların hərəkəti dayandırılıb- ÖZƏL
21 Fevral 2023 12:04 DünyaOlaylar.az xəbər verir ki, Fransanın paytaxtı Parisin də daxil olduğu İl-de-Frans bölgəsində elektrik enerjisinin kəsilməsi səbəbindən qatarların hərəkəti dayandırılıb. Ölkədəki rəsmi dəmir yolu operatoru SNCF-nin verdiyi açıqlamaya görə, Bry-sur-Marnedə qatar xətlərini elektrik enerjisi ilə təmin edən transformatorda nasazlıq yaranıb. Fasilə səbəbindən Vincennes və Noisy-le-Grand-Mont arasında sərnişin daşıyan RER A xəttində qatarların hərəkəti dayanıb. Qatarların hərəkətinin dayandırılması ilə əlaqədar sözügedən rayonlara əlavə avtobus reysləri əlavə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31