Braziliyada daşqın və torpaq sürüşməsi nəticəsində 40 nəfər ölüb- ÖZƏL
21 Fevral 2023 11:46 DünyaOlaylar.az xəbər verir ki, Braziliyanın San-Paulu əyalətində leysan yağışların səbəb olduğu sel və torpaq sürüşməsi nəticəsində 40 nəfər ölüb. San-Paulu qubernatoru Tarçizio Qomes de Freitas verdiyi açıqlamada şiddətli yağışlar nəticəsində Ubatuba, Sao Sebastiao, İlhabela, Karaquatatuba və Bertioqa əyalətlərində fəlakət vəziyyəti elan edildiyini bildirib. Freitas sel və torpaq sürüşmələri səbəbindən 228 nəfərin təxliyə edildiyini, 338 nəfərin evsiz qaldığını, 40 nəfərin həyatını itirdiyini açıqlayıb. Axtarış-xilasetmə mübarizəsinə dəstək üçün bölgəyə silahlı qüvvələrin iki helikopterinin göndərildiyini vurğulayan Freitas, humanitar yardım üçün 7 təyyarənin hazırlandığını bildirib. Freitas, fəlakət bölgəsinə 1,5 milyon dollar verildiyini də açıqladı. Milli Meteorologiya İnstitutundan verilən açıqlamada, fevral ayı ərzində gözlənilən yağıntının ştatda son 24 saat ərzində düşdüyü, zərərin böyük olduğu bildirilib. Güclü yağışlar nəticəsində yollara, elektrik xətlərinə, rabitə və sərnişin nəqliyyatına xeyli ziyan dəydiyi paylaşılıb. BBC-nin xəbərində bir çox şəhərlərdə karnaval şənliklərinin ləğv edildiyi və onlarla insanın itkin düşdüyü qeyd edilib.