Yaponiyadan Ukraynaya 5,5 milyon dollarlıq təcili yardım- ÖZƏL

Olaylar.az xəbər verir ki,Yaponiya hökuməti Rusiyanın hücumlarını davam etdirdiyi Ukraynaya 5,5 milyon dollarlıq maliyyə yardımı paketi açıqlayıb. Kişida Fumio hökuməti fevralın 24-nə, Rusiyanın hücumlarının birinci ildönümünə qədər Ukraynaya yardımı artırmağı hədəfləyir. Paytaxt Tokioda verdiyi simpoziumda çıxış edən baş nazir Kişida Fumio Ukraynaya 5,5 milyon dollar maliyyə yardımı veriləcəyini açıqlayıb. Rəsmi Kyodo agentliyinin məlumatına görə, maliyyə yardımının Ukraynanın infrastrukturunun təmirinə sərf edilməsi planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31