Türkiyədə yeni zəlzələdən sonra çökən binada yanğın baş verdi - VİDEO
21 Fevral 2023 10:22 DünyaTürkiyənin Hatay əyalətində zəlzələdən sonra çökən binada yanğın baş verib.
Olaylar.az Trend-ə istinadən bildirir ki, hadisə yerinə gələn yanğınsöndürənlər yanğının qarşısını alıblar.Qeyd edilir ki, sözügedən bina fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələdən sonra təxliyə edilmişdi.
Xatırladaq ki, Türkiyənin Hatay əyalətində 6,4 və 5,8 bal gücündə zəlzələlər baş verib. Son məlumatlara əsasən, zəlzələ nəticəsində 6 nəfər həlak olub, 294 nəfər isə xəsarət alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31