4 insanın həyatını xilas edən TELEFON

Kahramanmaraşda baş verən zəlzələdə yaşananlarla bağlı türk mediası müxtəlif yazılar dərc edib.

Olaylar.az axşam.az-a istinadən xəbər verir ki, zəlzələ gecəsi eyvandan yerə düşən bir mobil telefon 4 insanın xilas olmasına səbəb olub. Ekin ailəsinə zəng vuran qohumları telefonu açan şəxslərin cavabından sonra hadisə yerinə gediblər. Onlar dağıntılar altında qalan 4 insanı xilas edə biliblər.

Xanımı, iki qızı və oğlu ilə dağıntılar altında qaldığını söyləyən İlhami Ekin oğlu Muhammedin həlak olduğunu açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31