Rusiyalıdan qəribə etiraz: Təyyarədən düşərək uçuş-enmə zolağında soyundu - VİDEO

Moskva-Kazan reysinin sərnişini Domodedovo hava limanında qarışıqlıq yaradıb.

O, əvvəlcə təyyarənin göyərtəsində dava salıb, daha sonra uçuş-enmə zolağına çıxaraq qurşağadək soyunub.

Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, əvvəlcə kişi salonda yüksək səslə qışqırmağa və söyüş söyməyə başlayıb ki, bu da sərnişinləri qıcıqlandırıb. Stüardessaların təkrar-təkrar iradlarından sonra o, qəfildən təyyarədən düşərək uçuş-enmə zolağında hava limanının işçilərini söyüb, sonra isə paltarını çıxarıb.

Məlumatı görə, nəticədə təyyarə onsuzz havaya qalxıb. Davakarın özü isə polis tərəfindən saxlanılıb.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31