Xorvatiya və Sloveniya Ukraynaya yardımı davam etdirəcək- ÖZƏL
20 Fevral 2023 15:13 DünyaOlaylar.az xəbər verir ki,Xorvatiyanın xarici işlər naziri Qordan Qrliç-Radman və Sloveniyanın xarici işlər naziri Tanya Fajon ölkələri Ukraynaya kömək etməyə davam edəcəklərini bildiriblər. Qrlic-Radman və Tanja Fajon Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirlərini bir araya gətirən Aİ Xarici Əlaqələr Şurası qarşısında bəyanatlarla çıxış ediblər. "Rusiyanın Ukraynaya təcavüzünün birinci ildönümünə qədəm qoyduq. Təəssüf ki, müharibənin sonu yaxın deyil, lakin Ukrayna ilə həmrəy olmaq çox vacibdir. Biz həmrəy, səbirli və dözümlü olmalıyıq". Ölkəsinin Ukraynaya yardımlarını davam etdirəcəyini qeyd edən Qrlic-Radman, ukraynalıların psixoloji və sosial reabilitasiyası ilə bağlı işləri davam etdirəcəklərini qeyd edib. Qrliç-Radman bu gün Moldovanın xarici işlər naziri Niku Popesku ilə görüşəcəyini bildirib: "Moldova həqiqətən çətin vəziyyətdədir və biz onları dəstəkləməliyik".
Əfqanıstanın çətin günlərdən keçdiyini ifadə edən Xorvatiyalı nazir, "Əfqanıstanda humanitar vəziyyət var və bu ciddi bir problemdir. Əfqan xalqına, xüsusilə də qadınlara və qızlara kömək etmək üçün əlimizdən gələni etməliyik" deyib.