Aİ zəlzələ qurbanları üçün yardım konfransı təşkil edəcək- ÖZƏL
20 Fevral 2023 14:05 DünyaOlaylar.az xəbər verir ki, İsveçin xarici işlər naziri, Avropa İttifaqının (Aİ) müddətli prezidenti Tobias Billström Kahramanmaraş mərkəzli zəlzələ sonrası Türkiyə və Suriyadakı zəlzələ qurbanları üçün Belçikanın paytaxtı Brüsseldə keçiriləcək yardım konfransının 16 martda olacağını açıqladı. Tobias Billström konfransın Aİ Komissiyası ilə birlikdə keçiriləcəyini və zəlzələnin ağır nəticələrini mümkün qədər yumşaltmağı hədəflədiyini bildirib. "Biz bu konfransda yüksək səviyyədə iştirak gözləyirik və Türkiyə və Suriya xalqları üçün əlimizdən gələni etmək üçün daha çox pul yığacağımıza ümid edirik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31