Krım körpüsündə nəqliyyatın hərəkəti tamamilə dayandırılıb - ÖZƏL
20 Fevral 2023 13:46 DünyaKrım körpüsündə üç avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb, bir nəfər yaralanıb, nəticədə körpünün hərəkəti tamamilə dayandırılıb.
Olaylar.az xəbər verir ki, Krım körpüsündə Kerç istiqamətində 3 minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. 3 nəfər ölüb, 1 nəfər yaralanıb, vəziyyəti aydınlaşdırılır. Hazırda hər iki istiqamətdə hərəkət dayandırılıb.
Hadisənin səbəbləri və şəraiti müəyyənləşdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31