Zəlzələ Türkiyədəki seçkilərə təsir edə bilərmi? - ÖZƏL

"Təbii fəlakət qardaş ölkədə insanların həyatına, sosial güzəranına, psixoloji durumuna, həmçinin siyasi proseslərə təbii ki. təsirsiz ötüşməyəcək. Bu amillər seçki prosesində özünü göstərəcək. Amma bütün hallarda Türk xalqı bu çətin mərhələni keçib özünü toparlayacaq. Heç şübhəsiz ki, bu gün ölkənin daxilində və xaricində  Türkiyə  Prezidenti Ərdoğanın yenidən seçilməsini istəməyən qüvvələr var. Hətta bəzi fürsətcil qüvvələr zəlzələ faktorundan istifadə edib Ərdoğana qarşı kampaniyaya başlayacaqlar, indiki iqtidarı gözdən salmağa çalışacaqlar. İctimai rəy bəzən  qara piar vasitəsilə çox sürüşkən olur. Bütün bu məqamlar seçkiyə təsir edə bilər". Bunu deyən Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Baydəmirli  "Olaylar"a deyib ki, onu da unutmaq olmaz ki, Türk dünyasının xarizmatik lideri Ərdoğan bütün çətinlikləri dəf etmək gücündə olan siyasətçidir. Onun xarizması, Türkiyəni bu fəlakətlərdən necə çıxaracağı, iqtidar komandasının ortaya qoyacağı davranış tərzi seçkinin taleyini həll edəcək. Seçkidə kimin qalib gəlməsindən asılı olmayaraq Türkiyə ilə Azərbaycan arasında möhkəm əlaqələr, qardaşlıq münasibətləri hər zaman davam edəcək:

Cənubi Afrika, Rusiya və Çinin Hind okeanında birgə hərbi dəniz təlimləri başlayıb - ÖZƏL

"Çünki bu əməkdaşlıq həm regionda sülhün təmin edilməsinə, həm də Türk dünyasının bütövləşməsinə impuls verən amildir. Bu baxımdan Türkiyə ilə Azərbaycan arasında formalaşmış bu əməkdaşlığın hər zaman qorunub saxlanması hər iki dövlətlətin strateji maraqlarına xidmət edir. Fikrimi onunla bitirmək istərdim ki, qardaş ölkədəki yalnız hazırki hakimiyyətin potensialı, təcrübəsi  Türkiyəni bu zəlzələ fəlakətlərdən xilas edə bilər. Çünki digər yeni bir  komdandanın formalaşması və zəlzələ fəlakətlərinin aradan qaldırılmasınna başlaması illər çəkə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31