Cənubi Afrika, Rusiya və Çinin Hind okeanında birgə hərbi dəniz təlimləri başlayıb - ÖZƏL

"Hind okeanında Cənubi Afrika sahillərində Mosi-2 kod adlı Cənubi Afrika, Rusiya və Çinin birgə hərbi dəniz təliminə başlamalıdır".

https://olaylar.az/news/tr/498852

Olaylar.az xəbər verir ki, bu barədə Cənubi Afrikanın Müdafiə Nazirliyi məlumat yayıb.
Cənubi Afrikanın Müdafiə və Hərbi Veteranlar naziri Thandi Modise bildirib ki, üçtərəfli təlim əməliyyat dəniz sistemlərini uyğunlaşdırmaq və birgə komandanlıq və nəzarəti təkmilləşdirməklə bütün iştirakçı ölkələrə fayda verəcək. Müdafiə Nazirliyi onu da vurğulayıb ki, "Mosi-2" təlimi üç ölkənin hərbi bilik, bacarıq və əməliyyat təcrübəsi mübadiləsi üçün platformadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31