ABŞ-dan Türkiyəyə hərbi yardım bəyanatı- ÖZƏL
17 Fevral 2023 12:29 DünyaOlaylar.az xəbər verir ki, Ağ Ev Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Türkiyə və Suriyada baş verən zəlzələlərdən sonra ABŞ-ın etdiyi yardımlardan danışıb. Türkiyədəki axtarış-xilasetmə qruplarının bu həftə canlı xilasetmə işlərinə kömək etmək üçün intensiv işləməyə davam etdiyini qeyd edən Kirbi, "ABŞ hərbi vertolyotları avadanlıq və yardım təchizatı, eləcə də ABŞ və beynəlxalq reaksiya qrupları üçün kritik bir vasitədir. Türkiyəyə dəstək verir"dedi. ABŞ silahlı qüvvələrinin dəstək verməyə hazır olduğunu xatırladan Con Kirbi, "Ancaq təbii ki, bunu Türkiyə Hökuməti ilə birlikdə edəcəyik. ABŞ Avropa Komandanlığı hərbi səylərimizə rəhbərlik etmək üçün ABŞ Hərbi Dəniz Qüvvələrinin Avropa Komandanlığını təyin edib. Lazım gələrsə, qitədə və Aralıq dənizində çoxlu sayda hərbi potensialımız var. Biz Türkiyə hökuməti ilə tam məsləhətləşərək və onların ən yaxşı ehtiyaclarına uyğun hərəkət edirik" dedi.