ABŞ Ukraynadakı münaqişəyə dəhşətli son verməyə hazırlaşır?- ÖZƏL
17 Fevral 2023 11:51 DünyaOlaylar.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden administrasiyasının hərəkətləri Ukraynadakı münaqişəni fəlakətli nəticələrə gətirib çıxara bilər. Bunu MKİ-nin keçmiş müşaviri Ceyms Rikards yazdığı məqalədə bildirib. Müəllif etiraf edib ki, "çarəsiz" Bayden Ukraynanın qərb hissəsinə qoşun göndərəcək. "Nəyin səhv gedə biləcəyini təsəvvür edə bilərsiniz. Bu vəziyyət tez bir zamanda indiki kimi proksi müharibəyə deyil, ABŞ və Rusiya arasında birbaşa müharibəyə çevrilə bilər". O, Kiyevin Vaşinqton üçün heç vaxt həyati maraq kəsb etməməsinə baxmayaraq, Bayden administrasiyasının Ukraynadakı münaqişəni ABŞ və NATO-nun özləri üçün ekzistensial böhrana çevirdiyi fikrini ifadə edib. Eyni zamanda Rikards vurğulayıb ki, təhlükə Rusiya üçün realdır və o, təslim olmur. Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin müşaviri hesab edir ki, Rusiya döyüş meydanında qalib gələ bilər, çünki Qərbin təchizatı münaqişəni uzada bilər, lakin nəticə aydındır.