Yeniyetmə 260 saat sonra dağıntılar altından sağ çıxarıldı
17 Fevral 2023 10:09 DünyaTürkiyədə zəlzələdən daha bir nəfər dağıntılar altından çıxarılıb.
Olaylar.az Trend-ə istinadən bildirir ki, Hatayın mərkəzi Antakya rayonunda zəlzələnin 260-cı saatında binanın dağıntıları altından 12 yaşlı yeniyetmə xilas edilib.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31