"Baydenin yaşı ilə bağlı iddialar onun uğur qazandığı reallığı əks etdirmir" - Ağ Evin sözçüsü

ABŞ prezidenti Co Baydenin yaşı ilə bağlı iddialar onun uğur qazandığı reallığı əks etdirmir.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bunu Ağ Evin sözçüsü Karin Jan-Pyer deyib.

"Bəlkə də onlar prezidentin son iki ildə qazandığı qələbələri unudublar, lakin mən sizə hər an xatırlatmaqdan məmnunam", - Jan-Pyer brifinqdə deyib.

Qeyd edək ki, ABŞ prezidentliyinə namizədliyini irəli sürmüş Nikki Heyli 75 yaşdan sonra siyasətçilərin ruhi sağlamlığını dəyərləndirməyə çağıran açıqlama vermişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31