Ərdoğan Şahbaz Şərifi qəbul etdi
16 Fevral 2023 22:16 DünyaPakistanın Baş naziri Şahbaz Şərif Türkiyədə səfərdədir.
Olaylar.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Onun Türkiyədə zəlzələ baş vermiş ərazilərə gedəcəyi və Prezident Rəcəb Tayyib Ərdoğanla görüşü nəzərdə tutulub.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şərifi qəbul edib.
Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Bildirilib ki, mətbuata qapalı keçirilən görüş 1 saat 20 dəqiqə çəkib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31