Zəlzələ bölgələrində 10 gündə 4 mindən çox körpə DÜNYAYA GƏLİB

Türkiyədə episentri Kahramanmaraş olan zəlzələlərdən zərərçəkən vilayətlərdə fevralın 6-dan bu günədək - 10 gün ərzində 4627 körpə doğulub. 

Olaylar.az sfera-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xalq Sağlamlığı Müdirliyi məlumat yayıb. 

Məlumata görə, ölkənin Səhiyyə Nazirliyi zəlzələdən zərər çəkmiş şəhərlərdə doğulan bu körpələrin analarına və hamilə vətəndaşlarına bir çox sahədə dəstək verir. 

Belə ki, nazirlik tərəfindən təyin olunan qurumlar tərəfindən ana və körpələrin sağlamlığı üçün skrininq, peyvənd və sağlamlıq yoxlamaları aparılır, peyvəndlər tətbiq edilir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31