Hadisə zəlzələ qurbanları üçün ianə topladı - VİDEO
16 Fevral 2023 18:58 DünyaTürkiyənin pop ulduzu Hadisə Türkiyədə baş verən iki zəlzələdən sonra zəlzələ qurbanları üçün örnək addım atıb.
Olaylar.az bizim media-ya istinadla xəbər verir ki, sənətçi Niderlandda başladılan kampaniyaya dəstək verib.
Radio kanallarında yayımlanan verilişə qatılan Hadisə bunları deyib:
"Hal-hazırda Niderlandda radio stansiyasındayam. Zəlzələdən zərər çəkənlərə yardımlar yığılır. Gərgin gündür, acımız böyükdür. Bəli, çox çətin günlər keçiririk, amma gördüyünüz kimi bir araya gələndə hər şeyə nail oluruq. Burada olmaq mənim işimdir. Çünki mən qürbətdə yaşayan ailənin övladıyam. Burada bizimlə insanlar arasında körpü olmaq mənim üçün çox önəmlidir. Daha sonra İstanbula qayıdacağam".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31