Rusiya 4 diplomatı ÖLKƏDƏN ÇIXARIR

Rusiya cavab tədbiri qismində Avstriya səfirliyinin dörd əməkdaşını ölkədən çıxarır.

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyini məlumat yayıb.

"Cavab tədbiri qismində Avstriya Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin 4 əməkdaşı "arzuolunmaz şəxs" elan edilib. Onlardan fevralın 24-nə qədər ölkəni tərk etmək tələb olunub", - XİN-in məlumatında deyilir.

Xatırladaq ki, daha əvvəl Avstriya Rusiyanın 4 diplomatını "arzuolunmaz şəxs" elan edib.

sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31