5 milyonluq skripka ilə konsert verən musiqiçi vətənə avtobusla qayıtdı - VİDEO
16 Fevral 2023 18:35 DünyaPolşanın LOT aviaşirkəti skripkaçı Yanuş Vavrovskiyə nadir Stradivarius skripkasını salona aparmağa icazə verməyib.
Olaylar.az lent.az-a istinadən bildirir ki, Vilnüsdən Varşavaya uçan musiqiçidən 1685-ci ildə hazırlanmış aləti baqaja verməyi tələb ediblər.
Şirkət nümayəndələri güzəştə getmədiyi üçün Vavrovski vətənə avtobusla qayıtmalı olub.
Nadir "Polonia Stradivarius" skripkasını Polşa dövləti 2018-ci ildə ölkənin müstəqilliyinin yüz illiyi münasibəti ilə alıb. Bu alətin dəyəri 5 milyon avrodur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31