Münhen konfransı Rusiya və İransız qlobal platforma statusunu itirə bilər- ÖZƏL

Münhen konfransı iştirakçıları arasında Rusiya və İranın olmaması səbəbindən qlobal danışıqlar platforması statusunu itirə bilər. Bu barədə Financial Times (FT) məlumat yayıb. Münhen forumunun keçmiş sədri Volfqanq İşinqerin sözlərinə görə, platforma həmişə mühüm "rəsmi əlaqələrin, demək olar ki, saxlanmadığı və hətta olmadığı rəqib ölkələrlə qeyri-rəsmi ünsiyyət platforması" olub. Başqa bir ekspert konfransın soyuq müharibə formatına qayıtdığını bildirib. O zaman "söhbət heç də qlobal problemlərdən deyil, transatlantik alyansın dayanıqlığının, gücünün və birliyinin təzahüründən gedirdi". Alman diplomatlardan biri əlavə edib ki, bu tendensiya davam edərsə, Münhen Konfransı yerli foruma çevriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31