Sanksiyalar bütün dünyaya zərər vuracaq- ÖZƏL

ABŞ, Yaponiya və Hollandiyanın Çinə yarımkeçiricilərin istehsalı üçün yüksək texnoloji avadanlıqların tədarükünə qadağa qoyulmasını nəzərdə tutan yeni məhdudiyyətlərin mümkün tətbiqi təkcə çinlilərə deyil, həm də dünya iqtisadiyyatında  düzəldilməz ziyana səbəb ola bilər.  Yanvarın 28-də Financial Times öz mənbələrinə istinadən xəbər verir ki, Yaponiya və Hollandiya çip istehsalı alətlərinin Çinə ixracını məhdudlaşdıracaq. Bu, ölkələr ABŞ-la müqavilə bağladıqdan sonra baş verəcək. Razılaşma Vaşinqtonun ABŞ şirkətlərinin Çin idxalçılarına qabaqcıl çip istehsalı avadanlıqları satmasına mane olan birtərəfli ixrac nəzarəti tətbiq etməsindən üç ay sonra əldə edilib. 

"ABŞ, Yaponiya və Hollandiyanın ölkəyə avadanlıq və texnologiyaların tədarükünə yeni məhdudiyyətlər qoyması təkcə Çinin yarımkeçirici sənayesinə deyil, həm də qlobal yarımkeçirici sənayesinə, qlobal iqtisadiyyata, və həmçinin bütün dünyada son istehlakçıların maraqlarına uzunmüddətli ziyan vuracaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31