"Dövlətin nüfuzu yardımlarda rol oynayır"- ÖZƏL
16 Fevral 2023 16:35 Dünya"Türkiyədə baş verən təbii fəlakət, ekspertlər tərəfindən də dəfələrlə əsrin fəlakəti adlandırıldı. Həqiqətən, quruda bu qədər böyük, torpağın üst qatına yaxın zəlzələ nadir hadisələrdən biridir. Fəsadları da ortadadır. Doğrudur, fəsadlarda binaların inşasında olan boşluq, bu qədər insan itkisi ilə öz "sözünü" dedi. Ancaq, şəffaflıq dövründə belə dağıntılar baş verəcəkdi. Hadisələrlə paralel olaraq, Türkiyəyə dünya ölkələrindən edilən yardımlar təqdirəlayiq qiymətləndirilir. Bunu tək yardım kimi qiymətləndirmək olmaz".
Bu sözləri Olaylar.az-a siyasi məsələlər üzrə ekspert Həşim Səhrablı deyib:
"Suriyada da Türkiyədəki kimi müəyyən dağıntılar, ölüm hadisəsi var. Ancaq, Suriyaya bu qədər yardım göstərilmir. Burada dövlətlərin öz nüfuzu önə çıxır. Türkiyə dünyada ağırlığı, nüfuzu olan dövlətdir. Türkiyədən əvvəl digər dövlətlərdə baş verən kriz, fəlakət hallarında Türkiyə dəfələrlə yardım göstərib. Bütün bunlar hazırda Türkiyəyə yardım yağmasında əsas rol oynayır. Məsələn, Koreya və Pakistanda olan dağıdıcı təbiət hadisələrinin aradan qaldırılmasında Türkiyə aktiv rol alıb. Bir çox krizlərdə Türkiyə insanların təhlükəsizliyinin təmin edilməsi üçün çalışıb. Dağıntıların yaraları sağalacaq, Türkiyə əvvəlki gücünə qayıdacaq".