Rusiya, ayrı-seçkiliyə məruz qalmadığı təqdirdə, AŞ terrorizmə qarşı konvensiyaların tərəfində qalacaq - ÖZƏL
16 Fevral 2023 15:55 Dünya"Rusiya terrorizmə qarşı ayrı-seçkiliyə cəhd edilmədiyi təqdirdə, Avropa Şurasının terrorla mübarizə üzrə konvensiyalarının iştirakçısı olaraq qalacaq".
Olaylar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.
"Terrorçuluğa qarşı mübarizəyə dair konvensiyalara gəlincə, onların bir neçəsi Avropa Şurasında mövcuddur və biz onlarda iştirak etməyə davam edirik", - diplomat əmin edib və əlavə edib ki, Rusiyanın davamlı iştirakı yalnız ölkəyə qarşı ayrı-seçkilik cəhdləri olmadıqda mümkün olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31