ABŞ-ın Ukraynadakı mülki kosmik obyektləri cavab hücumuna məruz qala bilər - ÖZƏL
16 Fevral 2023 15:59 Dünya"ABŞ və müttəfiqlərinin Ukraynadakı münaqişə zamanı istifadə etdiyi kosmosdakı mülki infrastruktur cavab zərbəsi üçün qanuni hədəfə çevrilə bilər".
Olaylar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Nüvə Silahlarının Yayılmaması və Silahlara Nəzarət Departamentinin Konstantin Vorontsov bildirib.
"Müvafiq beynəlxalq platformalarda biz Ukraynadakı hadisələrin gedişində aydınlaşan kosmik texnologiyadan zərərsiz istifadədən kənara çıxan son dərəcə təhlükəli tendensiyaya xüsusi diqqət yetirməyə davam edirik. Söhbət ABŞ və onun müttəfiqlərinin mülki komponentlərdən istifadə etməsindən gedir", - o, qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31