Evi sökülən müğənni: “Xatirələrim məhv olmaq üzrədir”
16 Fevral 2023 16:00 DünyaTürkiyədəki zəlzələdən zərərçəkmişlərdən biri də müğənni Yeliz Yeşilməndir.
Olaylar.az lent.az-a istinadən xəbər verir ki, Yeşilmənin valideynlərinin yaşadığı Adanadakı evinə də ciddi ziyan dəyib.
Müğənni şəxsi "Instagram" hesabında evinin söküləcəyi ilə bağlı paylaşım edib və daşıma şirkətlərindən narazı olduğunu bildirib:
"Daşıma şirkətlərinə inana bilmirəm. Ucuz qiymətli xidmətlərə belə yaxın durmaq olmur! Adama elə gəlir ki, maşın və ya motosiklet alarsan. Belə vaxtlarda işləri niyə bu qədər çətinləşdiklərini anlaya bilmirəm. Onsuz da xatirələrim məhv olmaq üzrədir. Üstəlik Adanada daşıma şirkəti də tapa bilmirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31