“Türkiyə, tək ürək” yardım kampaniyasında 115 milyard toplandı
16 Fevral 2023 10:28 Dünya"Türkiyə, tək ürək" adlı yardım kampaniyası çərçivəsində Azərbaycan televiziyaları, Türkiyə, eləcə də Şimali Kiprin televiziya və radio kanallarının iştirakı ilə xeyriyyə məqsədli ortaq yayım keçirilib.
Olaylar.az xəbər verir ki, kampaniya çərçivəsində ümumilikdə 115 milyard 146 milyon 528 min lirə (10 milyard 370 milyon manat) vəsait toplanıb. Vətəndaşlar tərəfindən 9 milyon 10 min SMS göndərilib.
Toplanan vəsait AFAD-ın və Qızıl Aypara Cəmiyyətinin hesabına köçürüləcək.
Sfera
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31