Zəlzələdən sağ çıxan ailənin körpəsi dünyaya gəlib- ÖZƏL

Olaylar.az xəbər verir ki, Kahramanmaraşda baş verən zəlzələlər səbəbilə yaşadıqları Hataydan ayrıldıqdan sonra Bartına gələn Topaloğlu cütlüyünün ikinci övladı dünyaya sağlam şəkildə göz açıb. Hamilə olan Asena Topaloğlu körpəsini Bartın Qadın Xəstəlikləri və Uşaq Xəstəxanasında dünyaya gətirib.

Ana Topaloğlu jurnalistlərə açıqlamasında Ela adlı körpəsini qucağına almaqdan xoşbəxt olduqlarını bildirib. Zəlzələdə böyük qorxu yaşadıqlarını və dağılmış evlərindən sağ çıxdıqlarını ifadə edən Topaloğlu, "Qızımı sağlam şəkildə dünyaya gətirdim. Həm sevinirik, həm də kədərlənirik". dedi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31