ABŞ bu həftə Ukraynaya yeni yardım paketini açıqlayacaq- ÖZƏL
14 Fevral 2023 11:06 DünyaOlaylar.az xəbər verir ki, bu həftə ABŞ Ukraynaya yeni yardım paketini açıqlayacaq. Bu barədə "Politico" qəzeti məlumat yayıb. Eyni zamanda F-16 qırıcı təyyarələri və ya uzaqmənzilli raketlər bu paketdə olmayacaq. Nəşrin məlumatına görə, Pentaqonda keçirilən son görüşlərdə ABŞ rəsmiləri Kiyev nümayəndələrinə bildiriblər ki, ATACMS ballistik raketlərinin Şərqi Avropadakı döyüş meydanına ötürülməsi ABŞ-ın ehtiyatlarını azaldacaq və ABŞ ordusunun gələcək münaqişələrə hazırlığına xələl gətirəcək. Qeyd olunur ki, yeni tədarüklərdə əsas diqqət sursat, hava hücumundan müdafiə sistemləri (AD) və ehtiyat hissələri olacaq. Fevralın 14-də Almaniyadakı Amerikanın Ramşteyn aviabazasında Ukraynanın silahlanması məsələsi ilə bağlı Qərb ölkələrinin nümayəndələrindən ibarət təmas qrupunun yeni iclası keçiriləcək. İclasda Ukraynanın müdafiə naziri Oleksiy Reznikov da iştirak edəcək.