198 saatdan sonra 2 nəfər sağ çıxarıldı - FOTO

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatların zamanı 198 saatdan sonra binanın dağıntılar altından 2 nəfəri sağ çıxarıb.

Olaylar.az Milli.Az-a istinadən bildirir ki, Azərbaycanın xilasediciləri gənc Muhammed Enesi və orta yaşlı Abdulbaki adlı şəxsi uçurumların atından xilas edərək aidiyyəti üzrə təhvil verilib.

Hazırda axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31