Çin xilasetmə qrupu müsəlman oldu- ÖZƏL
14 Fevral 2023 10:43 DünyaOlaylar.az xəbər verir ki, Malatyada axtarış-xilasetmə işlərinə qatılan çinli Jun Cang müsəlman olaraq Yusif adını götürüb. Kahramanmaraş mərkəzli zəlzələlərdən zərər çəkmiş əyalətlərdən biri olan Malatyaya gələn Çin Xalq Respublikasının axtarış-xilasetmə qrupu axtarış-xilasetmə işlərini davam etdirir. Çin axtarış-xilasetmə qrupuna rəhbərlik edən Jun Cang dağıntılar altında Quranı görüb və onu çıxararaq komandasından Sinan Kaçmaza verib. Kaçmaz dağıntılar altından çıxan Quranı Canqa hədiyyə etmək qərarına gəlib. Qurani-Kərimi alan Jun Cang bu sözü tələffüz edərək müsəlman olub. Bunun üzərinə Kaçmaz Çinli axtarış-xilasetmə heyətinə Yusuf adını verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31