"Qərbin Serbiya ilə bağlı məqsədi..." - Zaxarova
13 Fevral 2023 23:54 DünyaVaşinqton və Brüsselin Serbiya ilə bağlı məqsədi ölkə hakimiyyətinin siyasi iradəsini qırmaq və onu Rusiyaya qarşı sanksiyalara qoşulmağa məcbur etməkdir.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
"Onların (Qərb - red.) real məqsədi regionu stabilləşdirmək deyil, siyasi hakimiyyətin iradəsini sındırmaq və Rusiya rejiminə qarşı sanksiyalara qoşmaqdır", - deyə sözçü bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31