Batumidə mina partladı - VİDEO
13 Fevral 2023 22:46 DünyaGürcüstanın Batumi şəhərində yerləşən "Hopa" geyim bazarında güclü yanğın başlayıb.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, hadisə yerində bir neçə xilasetmə qrupu işləyir. Yanğının səbəbi barədə hələlik məlumat verilməyib.
Gürcüstanın "Rustavi-2" telekanalının məlumatına görə, avtomobil ehtiyat hissələri mağazası yanır.
Yanğının lokallaşdırıldığı bildirilir.
Qeyd edək ki, az öncə Batumidə dəniz sahilində dalğanın gətirdiyi ehtimal olunan dəniz minası partlayıb. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Gürcüstan Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırmalara başlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31