Rumıniyada güclü zəlzələ olub

Rumıniyada 5.2 bal gücündə zəlzələ olub.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.

Məlumata görə, zəlzələ cənubi Karpatiyada qeydə alınıb.

Yeraltı təkan Serbiya, Bolqarıstan, Şimali Makedoniya, Kosovo və Xorvatiyada da hiss edilib.

Afterşokların ola biləcəyi barədə xəbərdarlıq olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31