Rusiya və Hindistan Qərbin təzyiqlərinə baxmayaraq müdafiə sahəsində əməkdaşlığı davam etdirir - ÖZƏL

"Qərbin görünməmiş təzyiqlərinə baxmayaraq, Hindistan müdafiə sahəsində Rusiyanın tərəfdaşı olaraq qalır".

Olaylar.az xəbər verir ki, bunu Rusiyanın Hərbi və Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev bildirib.
"Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyatla bağlı ABŞ-ın rəhbərlik etdiyi Qərb ölkələrinin Hindistana görünməmiş təzyiqinə baxmayaraq, o, Rusiyanın hərbi-texniki əməkdaşlıq sahəsində əsas tərəfdaşlarından biri olaraq qalır. Sifariş portfeli 10 milyard dolları ötür", - o qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31