Geologiya mühəndisindən şok açıqlama: "Günah zəlzələdə deyil"
13 Fevral 2023 15:19 DünyaFevral ayının 6 -da mərkəzi Türkiyənin Kahramanmaraş şəhəri olan 7,7 və 7,6 ballıq zəlzələ böyük dağıntılara səbəb olub.
Olaylar.az Metbuat.az-a istinadən xəbər verir ki, yaşayış binalarının çökməsi 30 mindən çox insanın ölümünə səbəb olub.
Hazırda yerlə-yeksan olan binaların tikintisi ilə bağlı araşdırmalar aparılır.
DHA-nın məlumatına görə, geologiya mühəndisi, professor Həsən Sözbilir Kahramanmaraşda araşdırma aparıb.
Onun sözlərinə görə, çökən binaların tikintisi zamanı səhvlərə yol verilib: "Bu binalar mayeləşmə təhlükəsi aradan qaldırılmadan layihələndirilib və tikilib. Zəlzələnin heç bir günahı yoxdur. Günah bu yanlış əməllərə imza atanlardadır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31