107 saat sonra xilas edilən ailə: “8 nəfər İzmir Marşı oxudu, gəlib xilas etdilər”

Kahramanmaraş zəlzələsinin ən çox zərər çəkdiyi şəhərlərdən biri olan Hatayda dağıntılar altında qalan Kılınç ailəsi qorxulu anları danışıb. 

Olaylar.az AZXEBER.COM-a istinadən xəbər verir ki, Hatayda evi dağılan Kılınç ailəsi dağıntılar altından xilas olmaq üçün uzun müddət gözləyib.

Kılınç ailəsi zəlzələdən 107 saat sonra İHH əməkdaşları tərəfindən xilas edilib. CNN Türk-ə danışan Hacı Murat Kılınç dağıntılar altında qalarkən səslərini çıxara bilməyəndə birlikdə İzmir marşını oxuduqlarını bildirib. 

"Hamımız 8 nəfər İzmir Marşı oxuduq. Bir tərəfdən ritmi tutdum. Allah İHH əməkdaşlarından razı olsun, onların zəhmətinin əvəzini ailə olaraq ödəyə bilmərik", - deyib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31