Dağıntılar altında qalan kişinin onu çağıran həyat yoldaşına REAKSİYASI HƏR KƏSİ GÜLDÜRDÜ - VİDEO
13 Fevral 2023 13:34 DünyaTürkiyədə əsrin ən dəhşətli fəlakətlərindən olan zəlzələ qurbanlarının sayı artıq 32 minə çatır. Gözlərin, qəlblərin gülmədiyi bu dəhşətli faciə fonunda könülaçan hadisələrlə rastlamaq dağıntılar altından 160 sonra salamat insan tapmaq qədər artıq möcüzəvi bir məsələyə çevrilir.
Türkiyədə son xilasetmə işləri zamanı bir həftədən sonra dağıntılar altından tapılan Ahmet adlı yaşlı şəxslə xilasedicinin dioloqu görənlərin bir anlıq da olsa kədərini unutmağa kömək edib.
Olaylar.az Milli.Az-a istinadən xəbər verir ki, kişi sıxışıb qaldığı beton parçasının arasında ölüm-qalım savaşı apardığı bir zamanda ondan aşağıda sıxışıb qalan həyat yoldaşının ona tez-tez "Ahmet-Ahmet" deyə səslənməsindən əsəb keçirdiyini bildirib:
"Bura toz-torpaqdır. İnsanın ağzı quruyur, üstəlik stress də bir yandan. Mənə aşağıdan qışqırır "Ahmet, buradayam. Ahmet, Buradayam". Bir dəfə dedin, eşitdim, bəsdir də...".
Xilasediciləri güldürən həmin dioloqu təqdim edirik: