Zəlzələ qurbanlarına şorba satana rekord cərimə- 1 milyon...-ÖZƏL
13 Fevral 2023 13:01 DünyaOlaylar.az xəbər verir ki, Türkiyədə zəlzələ bölgəsində karton qablarda 70 tl-ə şorba satdığı aşkarlanan istirahət obyektinə 1 milyon 860 min TL inzibati cərimə kəsilib.
Ötən gün zəlzələ bölgəsində yol kənarında yerləşən bəzi dinlənmə obyektlərində şorbanın 70, peçenyenin isə 40 tl-ə satılan görüntüləri sosial mediada hiddət yaradıb. Bu barədə Türkiyə Ticarət Nazirliyindən bu gün verilən açıqlamada deyilir: "Zəlzələ bölgələrinə yardım aparmağa çalışanlara baha qiymətə şorba satdığı iddia edilən istirahət obyekti biznesinə ümumilikdə 1 milyon 860 min TL inzibati cərimə tətbiq edilməsinə qərar verilib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31