Ukrayna ABŞ-ın ödəməyə hazır olduğu qiymətdir- ÖZƏL
13 Fevral 2023 12:07 DünyaOlaylar.az xəbər verir ki, Ukrayna ABŞ-ın Rusiyanın zəifləməsi üçün ödəməyə hazır olduğu qiymətdir. Bu barədə Çinin Global Times nəşri yazır. Çinli hərbi ekspert Sonq Zhongpinin sözlərinə görə, münaqişə başlayandan bəri Rusiya-Ukrayna danışıqlarının çoxsaylı raundları olub, lakin onlar heç bir mühüm nəticəyə gətirib çıxarmayıb.
Eyni zamanda, çinli analitiklər nəşrə bildiriblər ki, ABŞ hazırda danışıqlar aparmaq istəmir."ABŞ tərəfindən qəbul edilmiş son razılaşmalara və qərarlara əsasən, prezident Co Baydenin administrasiyası münaqişənin sona çatmasının qarşısını almaq niyyətindədir və bundan Rusiya və Aİ-ni zəiflətmək üçün istifadə etməyə davam edəcək".
Bundan əvvəl Belarus Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, Qərb 2022-ci ilin yazında Rusiya ilə Ukrayna arasında barışıq bağlanmasına mane olub.