Canlı yayımda qorxulu anlar - VİDEO
13 Fevral 2023 10:47 DünyaTürkiyənin Kahramanmaraş şəhərində ötən həftə baş verən dağıdıcı zəlzələlərdən sonra çox sayda afterşok baş verməyə davam edir.
Olaylar.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 4,6 ballıq afterşoklardan biri Kahramanmaraşda axtarış-xilasetmə işləri zamanı qeydə alınıb.
Belə ki, müxbir Fulya Öztürkün canlı yayımda olduğu zaman zəlzələ qeydə alınıb. Yeraltı təkanlar nəticəsində yaxınlıqda yerləşən qəzalı binaların birindən çat səsləri gəlməyə başlayıb və bu, ətrafdakıların həyəcanına səbəb olub. Xoşbəxtlikdən bina uçmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31