Tacikistan xilasediciləri Türkiyədə 158 saat dağıntılar altında qalan üç yaşlı uşağı xilas ediblər - ÖZƏL
13 Fevral 2023 10:29 Dünya"Tacikistandan olan xilasedicilər Türkiyənin Kahramanmaraş şəhərində 158 saat dağıntılar altında qalan 3 yaşlı uşağı sağ çıxarıblar".
Olaylar.az xəbər verir ki, bu barədə Tacikistanın Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
"Kahramanmaraş şəhərinin Oniksubat ərazisində xüsusi avadanlıqlar vasitəsilə dağıntılar altında olan insanların tapılması üçün saatlarla davam edən axtarış-xilasetmə missiyasından sonra Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinin xilasediciləri Yavuz adlı 3 yaşlı körpəni taparaq xilas edə biliblər. O, 158 saat dağıntılar altında qalıb", - mətbuat xidmətindən bildiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31