9-cu sinif şagirdi balta ilə məktəblilərə hücum edib

Fevralın 13-də səhər saatlarında Petropavlovsk (Qazaxıstan) şəhərinin 4 nömrəli məktəbində şagirdlərə hücum olub. 9-cu sinif şagirdi təhsil müəssisəsinə mətbəx baltası və bıçaq gətirib.

Trend "Kazinform"a istinadən xəbər verir ki, bu barədə Təhsil İdarəsinin rəhbəri Nazir Jaşibekov bildirib.

Onun sözlərinə görə, hadisə saat 08:00 radələrində baş verib. Məktəbli iki onuncu və bir doqquzuncu sinif şagirdini yaralayıb. Baş və qol nahiyəsindən kəsici-deşici xəsarətlər alan iki uşaq rayon xəstəxanasına yerləşdirilib. Üçüncü uşağa isə yerində yardım edilib.

Hücum edən şagirdin polislər tərəfindən saxlanıldığı bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31