Naməlum obyektin vurulması əmrini kim verib?

ABŞ-da Huron gölü üzərində uçan obyekt prezident Co Baydenin əmri ilə vurulub.Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ administrasiyasının nümayəndəsinə istinadən "Reuters" agentliyi məlumat verib.Onun sözlərinə görə, prezident C.Bayden "naməlum obyektin vurulmasını əmr edib".Mənbə bildirib ki, naməlum obyekt fevralın 11-də Montana ştatı üzərində görünüb. Fevralın 12-si sözügedən obyekt ABŞ hərbçiləri tərəfindən vurulub.

Qeyd edək ki, bundan öncə də ABŞ səmasında 3 digər obyekt vurulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31