ABŞ hərbçiləri naməlum obyekti vurub
13 Fevral 2023 10:08 DünyaABŞ hərbçiləri Huron gölü üzərində hava məkanında aşkar edilən naməlum obyekti zərərsizləşdirib.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə Miçiqandan olan ABŞ Nümayəndələr Palatasının üzvü Cek Barqman özünün "Twitter" səhifəsində yazıb.
"Böyük göllər bölgəsindəki əməliyyatlarla bağlı Müdafiə Nazirliyi ilə əlaqədəyəm. ABŞ ordusu Huron gölü üzərində daha bir obyekti sıradan çıxarıb. Qətiyyətli hərəkətə görə qırıcılarımızın pilotlarına təşəkkür edirəm", - deyə C.Berqman bildirib.
"Amerika xalqı bizdə olduğundan daha çox sualın cavablandırılmasına layiqdir", - deyə Nümayəndələr Palatasının üzvü bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31