Xristodulidis prezident seçkilərində qalib gəlib
12 Fevral 2023 22:12 DünyaKipr Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Nikos Xristodulidis ölkədə keçirilən prezident seçkilərinin ikinci turunda rəqibi, Kiprin yunan tərəfinin adada nizamlanma üzrə keçmiş baş müzakirəçisi və Kiprin BMT-dəki keçmiş daimi nümayəndəsi Andreas Mavroyannisi məğlub edərək qalib gəlib.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, bülletenlərin 99,5%-ni hesablandıqdan sonra N.Xristodulidis 51,9%, Mavroyannis isə 48,1% səs toplayıb.
Belə ki, keçmiş XİN rəhbəri artıq məğlubiyyətini etiraf etmiş rəqibi üçün əlçatmaz olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31