Hatay Hava Limanının fəaliyyəti BƏRPA OLUNDU

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi Hatay Hava Limanının zəlzələ nəticəsində zədələnmiş uçuş-enmə zolağının bərpasından sonra fəaliyyətini bərpa etdiyini açıqlayıb.

Olaylar.az trend-ə istinadən bildirir ki, nazirlik uçuş-enmə zolağının bərpasından əvvəl və sonrakı görüntüləri də paylaşıb.

"Eniş-enmə zolağındakı zədələr aradan qaldırılıb. Hava limanı yenidən fəaliyyətini bərpa edib", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31