Suriyada zəlzələdə ölənlərin sayı AÇIQLANDI
12 Fevral 2023 20:28 DünyaDağıdıcı zəlzələ səbəbindən Suriyada təxminən 8500 insan həlak olub. Bu rəqəmlər artacaq.
Olaylar.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) regional direktoru Riçard Brennan deyib.
"Dəqiq rəqəmlər söyləmək çətindir, hər gün artır. Bu gün biz bilirik ki, Suriya hakimiyyətinin nəzarətindəki bölgələrdə 4 min insan ölüb, 2,5 min insan yaralanıb. Suriyanın şimal-qərbində isə təxminən 4,5 min insan ölüb, 7,5 min insan yaralanıb", - deyə R.Brennan bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31