Rəcəb Tayyib Ərdoğan və Qətər əmiri arasında görüş olub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tanini qəbul edib.

Olaylar.az trend-ə istinadən bildirir ki, görüş İstanbuldakı "Vahdettin" sarayında mətbuata qapalı şəkildə keçirilib.

Qətər əmiri episentri Kahramanmaraşda olan dağıdıcı zəlzələlərdən sonra Türkiyəyə səfər edən ilk ölkə lideri oldu.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31